Aİ Serbiyadakı meşə yanğınlarına qarşı əməliyyata qoşulub
24 Avqust 2026 17:31   Paylaş

Avropa İttifaqı “Deliblat qumları” təbiət qoruğunda 3500 hektardan çox sahəni əhatə edən yanğınlarla mübarizə üçün Serbiyaya dörd helikopter və yerüstü yanğınsöndürmə briqadaları göndərib.

"Stabil.az" bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.

Serbiya üç gün əvvəl Aİ-nin Mülki Müdafiə Mexanizmini aktivləşdirib. Komissiyadan bildiriblər ki, buna cavab olaraq Çexiya, Rumıniya və Slovakiyada yerləşən "rescEU" strateji ehtiyatından helikopterlər, eləcə də Almaniya və Rumıniyadan yanğınsöndürmə briqadaları səfərbər edilib.

Yanğınlar iki həftədən çoxdur davam edir və güclü külək, çətin relyefli ərazi və yüksək temperatur səbəbindən vəziyyət mürəkkəbləşir. Aİ zərər çəkmiş rayonların "Copernicus" xidməti çərçivəsində peyk vasitəsilə xəritələndirilməsinə başlayıb.



Stabil.Az