AFFA İntizam Komitəsi iki klubu cərimələyib
26 Avqust 2026 14:24   Paylaş

AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib.

"Stabil.az" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Misli Premyer Liqasında II turun "Zirə" – "İmişli" oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Neftçi" – "Araz-Naxçıvan" oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.



Stabil.Az