ABŞ şirkəti Tokioda tam avtonom taksi xidmətinə başlayacaq
15 Sentyabr 2026 14:54   16 Sep 2026 00:23 Paylaş

ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb.

Bu barədə "Stabil.az" "Kyodo"ya istinadən xəbər verir.

Xidmətin tədricən təxminən 100 pilotsuz taksiyə qədər genişləndirilməsi planlaşdırılır.

GO şirkəti texnoloji platformanı və taksi sifarişi tətbiqlərinin hazırlanması təcrübəsini təqdim edəcək. Xidmət çərçivəsində "Waymo"nun avtonom idarəetmə texnologiyası ilə təchiz edilmiş avtomobillərdən istifadə olunacaq. Yaponiyanın ən böyük taksi şirkəti olan Nihon Kotsu operativ idarəetmə və digər tapşırıqlara cavabdeh olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol