ABŞ ordusu mikroreaktorların inşasına 2 milyard dollardan çox vəsait yatıracaq
ABŞ Quru Qoşunları “Janus” proqramı çərçivəsində yığcam atom elektrik stansiyalarının hazırlanması, inşası və istismarı məqsədilə beş şirkətlə müqavilələr bağlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə "National Defense" jurnalı məlumat yayıb.
Müqavilələrin ümumi dəyəri 2,2 milyard dollara çata bilər. Layihə 2028-ci ilə qədər Amerika hərbi obyektlərində 20-dən çox nüvə mikroreaktorunun yaradılmasını nəzərdə tutur.
İlk qurğuların müxtəlif ştatlardakı beş bazada yerləşdirilməsi planlaşdırılır. "Antares Nuclear" Şimali Karolinadakı "Fort-Breqq", "BWXT Advanced Technologies" Kentukkidəki "Fort-Kempbell", "General Atomics Electromagnetic Systems" isə Texasdakı "Fort-Hud" üçün reaktorun tədarükü ilə məşğul olacaq. Daha iki obyekt qurğuları "Radiant Industries" və "Westinghouse Government Services" şirkətlərindən alacaq.
"Janus" proqramı 2025-ci ildə Amerika Quru Qoşunları tərəfindən işə salınıb. Onun məqsədi hərbi bazaların və digər kritik əhəmiyyətli müdafiə obyektlərinin sabit elektrik təchizatını təmin edə biləcək kiçik nüvə enerji qurğuları şəbəkəsinin formalaşdırılmasından ibarətdir.
Haqqımızda
Əlaqə





