ABŞ - Çin danışıqlarında Pekinin nüvə arsenalı gündəmə gəlib
ABŞ rəsmiləri Çinlə danışıqlarda ölkənin nüvə arsenalının artırılması və nüvə sınaqları barədə iddiaları müzakirə ediblər.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Cenevrə, Nyu-York və Kasablankada keçirilən görüşlərdə ABŞ tərəfi Çindən nüvə sınaqları ilə bağlı iddialara cavab verməsini tələb edib. Çin isə bu ittihamları rədd edir.
ABŞ, həmçinin Pekindən ballistik raket sınaqları barədə əvvəlcədən məlumat verməsini və nüvə qüvvələrinin miqyası ilə bağlı daha çox şəffaflıq göstərməsini istəyib. Danışıqların gələn ay da davam etdirilməsi gözlənilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





